İran İslam Respublikasının Azərbaycandakı səfiri sionist diplomatın İranla bağlı iddiasına cavab verdi
Seyid Abbas Musəvi: Bütün dünya İsrailə nifrət edir
Noy 04, 2023 14:06 Asia/Baku
İran İslam Respublikasının Azərbaycandakı səfiri sionist diplomatın İranla bağlı iddiasına cavab verib.
Seyid Abbas Musəvi işğalçı İsrail rejiminin Bakıdakı səfirinin İrana qarşı açıqlamalarına belə reaksiya verib: "İndiki mərhələdə yalnız HƏMAS-ın cəsur döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz”.
Səfir əlavə edib: “Unutma ki, İran müdaxilə etsə, bu dəfə Nil çayının əvəzinə Aralıq dənizində dəfn olunacaqsınız. Qaçış yolunuz yoxdur”.
İran səfiri habelə yazıb: “İndi bütün dünya sizə qarşıdır! Müsəlman, mərd və qeyrətli Azərbaycan xalqı bütün dünya xalqları kimi siz irqçi işğalçılara nifrət edir”.