İsrail rejiminin nüvə təhlükəsi haqda xəbərdarlıq
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi İsrail rejiminin nüvə silahlarının təhlükəsi haqda xəbərdarlıq edib.
İsrail rejimi başçılarının İran və Fələstinə qarşı son nüvə təhdidləri bu silahların belə bir qanunsuz rejimin əlində olmasının təhlükəsini göz qabağına qoyur- deyə, Əmir-Səid İrəvani bildirib.
Bazar ertəsi günü «Nüvə silahları və sair kütləvi qırğın silahları olmayan Qərbi Asiya bölgəsi» adlı konfransda çıxış edən İrəvani əlavə edib: Regional səviyyədə İsrail rejiminin ixtiyarında olan nüvə silahları cəbbəxanası bu silahların yayılması barədə real və geniş nigarançılıqlar yaradıb.
O, deyib: Sözügedən silahların regional və qlobal səviyyələrdə mövcud olması bəşəriyyət üçün bir təhdid sayılır. Bu silahlardan əksər hallarda bac almaq üçün bir vasitə kimi istifadə olunur.
İsrail rejiminin nüvə qabiliyyətlərinin gizli olması, regionun sabitliyi üçün nəzərəçarpacaq bir təhdiddir- deyən İrəvani əlavə edib: Yaxın Şərqdəki son cinayətlərə əsasən, biz İsrail rejiminin qaranlıq nüvə siyasəti, həmçinin Qəzzə döyüşlərində və ya digər yerlərdə kütləvi qırğın silahlarından potensial istifadəsi barədə öz təcili nigarançılığımızı bəyan edirik.