Noy 16, 2023 19:00 Asia/Baku

İranın xarici işlər naziri Qəzzə müharibəsində ABŞ-ın sionist rejimə göstərdiyi himayəsini ciddi tənqid edərək, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) İsrailə hücumununun “özünümüdafiə” və “qanuni haqq” olduğunu bildirib

 

Cenevrəyə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “CBS” kanalına verdiyi müsahibədə İranın Qırmızı dənizdə ABŞ esminesinə edilmiş PUA hücumunda iştirakını rədd edib. Qeyd edək ki, "CBS"-nin verdiyi xəbərə görə, Pentaqon Yəməndən buraxılan PUA-nın çərşənbə günü səhər saatlarında USS Thomas Hunder tərəfindən zərərsizləşdirilib.

İran Xarici İşlər Naziri "CBS" telekanalına Qəzzə müharibəsi ilə bağlı verdiyi açıqlamada deyib ki, ABŞ İsraili dəstəkləməklə Qəzza müharibəsini daha da alovlandırıb. Yəmən bununla başlı bütün qərarları özü verir və tam müstəqil hərəkət edir”
Məlumatda, Pentaqon PUA-nın haraya məxsus olduğunu bildirməsə də, bu hadisə Yəmən Ənsarullahının bir neçə gün öncə Qara dənizdəki gəmiləri hədəf alacağı xəbərdarlığından sonra baş verib.

Cənab Hüseyn Əmir Abdullahian Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sionist rejimə qarşı genişmiqyaslı və gözlənilməz “Əl-Əqsa Tufanı” əməliyyatını bu rejim tərəfindən Fələstinin 75 illik işğalına cavab kimi qiymətləndirmiş və bunu "HƏMAS-ın qanuni hüququ əsasında və özünümüdafiə uğrunda olduğunu bildirib.

İranın diplomatik xidmətinin rəhbəri həmçinin Vaşinqtonun sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək durmasının ardınca ABŞ-ın bölgədəki hərbi bazalarını hədəf alan müqavimət cəbhələrinin qərarında İranın bölgədəki rolu iddiasını rədd edərək deyib ki, İraq və Suriyadakı ABŞ-ın maraqlarına zərbə vuran bu cəbhələr, yalnız öz qərarları əsasında hərəkət edirlər”

 

Teqlər