Nasir Kənani: ABŞ-ın İranla Azərbaycan arasında münasibətlərə qarışmaq haqqı yoxdur
https://azeri.sahartv.ir/news/İran-i405644-nasir_kənani_abŞ_ın_İranla_azərbaycan_arasında_münasibətlərə_qarışmaq_haqqı_yoxdur
İran İslam Respublikasının XİN sözçüsü bəyan edib ki, İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 20, 2023 11:01 Asia/Baku
  • Nasir Kənani: ABŞ-ın İranla Azərbaycan arasında münasibətlərə qarışmaq haqqı yoxdur

İran İslam Respublikasının XİN sözçüsü bəyan edib ki, İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.

Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavab olaraq deyib: “ABŞ böyük danışır, ona heç bir aidiyyəti olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.

İran hökumətinin rəsmisi qeyd edib ki, ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Çünki bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq.