Əmir-Abdullahiyan və Nəsrullah region olaylarina nəzər saliblar
https://azeri.sahartv.ir/news/İran-i405781-Əmir_abdullahiyan_və_nəsrullah_region_olaylarina_nəzər_saliblar
Əmir-Abdullahiyan və Nəsrullah region olayları barədə məşvərət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2023 14:57 Asia/Baku
  • Əmir-Abdullahiyan və Nəsrullah region olaylarina nəzər saliblar

Əmir-Abdullahiyan və Nəsrullah region olayları barədə məşvərət ediblər.

İran xarici işlər naziri Livan Hizbullahının baş katibi ilə görüşüb və onunla region olayları barədə söhbət edib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Livandakı məşvərətlərinin davamında Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrrullahla görüşüb.

Görüşdə Fələstin, Livan və regionla bağlı son hadisələr nəzərdən keçirilib.

İranın Livandakı səfiri Müctəba Əmani sözügedən görüş barədə yazır: Görüşdə Fələstin, Livan və regionla bağlı son hadisələr, hadisələr prosesi haqda mövcud olan ehtimallar, İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzlərinin durdurulması sahəsində göstərilən səylər, həmçinin bu tarixi və mühüm olayda hamının üzərinə düşən məsuliyyətlər haqda məşvərət və söhbət edilib.

Dünən Beyruta daxil olan İran xarici işlər naziri Fələstin parlamentinin sədri, fələstinli müqavimət qruplarının rəhbərləri, həmçinin Livanın baş naziri ilə görüşüb.