İİR Ordusunun dəniz qüvvələrinin ROV tipli sualtı qayığının təqdimatı olub
İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin elmi-texniki nailiyyətləri sərgisində «ROV» tipli sualtı qayığın təqdimatı olub.
Bu sualtı qayıq təmizlik üzrə yüklərin daşınmasından əlavə, döşəmə və lövbər minalarının aşkar və məhv edilməsi qabiliyyətlərinə də malikdir.
İki yüz metr dərinliyədək əməliyyat və sutka ərzində hərəkət qabiliyyətinə malik olan sözügedən sualtı qayıqdan müxtəlif tipli dəniz minalarının məhv edilməsində istifadə olunur.
Həmçinin dünən vertikal şəkildə buraxılan «Çəmroş 4» tipli pilotsuz uçuş aparatının təqdimatı olub. Bu pilotsuz/ dəniz qüvvələrinin müxtəlif tipli gəmi və qayıqlarından asanlıqla vertikal şəkildə havaya qalxa və verilən tapşırıqları yerinə yetirə bilər.
İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin elmi-texniki nailiyyətləri sərgisi dünən Tehranda ölkənin bir qrup mülki və hərbi rəsmisinin iştirakı ilə açılıb.