İran ABŞ-ın Qəzzə ilə bağlı vetosuna reaksiya verdi
https://azeri.sahartv.ir/news/İran-i406332-İran_abŞ_ın_qəzzə_ilə_bağlı_vetosuna_reaksiya_verdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə təkrar veto qoymasına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2023 13:39 Asia/Baku
  • İran ABŞ-ın Qəzzə ilə bağlı vetosuna reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə təkrar veto qoymasına münasibət bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Qəzzədə təcili humanitar atəşkəs yaratmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyan ABŞ-ın qəddar qərarını pisləyərək deyib ki, ABŞ hökuməti bir daha sübut etdi ki, o, Fələstinin dinc əhalisinin, xüsusilə müdafiəsiz qadın və uşaqların öldürülməsində, Qəzzədə həyati infrastrukturun məhv edilməsində əsas aktor və səbəbkardır.

O daha sonra, əlavə edib ki, Qəzzədə uşaq və dinc əhalinin qətliamından narahatlığını riyakarlıqla bildirən Amerika, keçən həftə İsrailin törətdiyi uşaq qətliamına 200-cü silah və hərbi yardım paketini göndərib.

Nasir Kanani daha sonra deyib ki, Amerika hökuməti 18 minə yaxın dinc sakinin vəhşicəsinə qətlə yetirilməsində şərikdir.

Diplomatik xidmətin sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlarının belə bir insanlıqdan kənar və irqçi siyasəti gələcək nəsilləri üçün utanc və xəcalətdən başqa bir şey miras qoymayacaq.