Yan 03, 2024 16:31 Asia/Baku
  • İslam Dünyasının sərhədi bu gün Qəzzədədir

İnqilab Rəhbəri: İslam Dünyasının sərhədi bu gün Qəzzədədir. İslam Dünyasının nəbzi bu gün Qəzzədə vurur. Onlar küfr dünyası, tağut dünyası, zalımlar dünyası və Amerikanın qarşısında dayanıblar

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövlud gününün ildönümü ilə bir zamanda Əhli-Beyt(ə) məddahlarından bir qrupu İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüb.

İnqilab Rəhbəri Siddiqeyi-Tahirə(s.ə)-nın, həmçinin onun övladı İmam Xomeyni(r.ə)-in səadətli mövlud günlərini təbrik ediblər.

O həzrət əlavə ediblər: Bu gün bizim əzizimiz- Hacı Qasım Süleymaninin də şəhadəti günüdür. İnşaallah, Allah-Taala Peyğəmbər xanədanına etdiyi lütfkarlıqları bu əzizin ruhuna nazil etsin. Bizi də ona qovuşdurmuş və onun şəfaətinə malik etmiş olsun.

İnqilab Rəhbəri məddahlara xitabən buyurublar: Bu gün/ Həzrət Zəhra(s.ə.) əthər vasitəsilə başlanan bəyan cihadının yükü sizin çiyinlərinizin üzərindədir.

Bizim zamanımızda ən böyük bəyan cihadını İmam Xomeyni həyata keçirdi. Bəyan cihadı ilə rəhmətlik İmam elə bir iş gördü ki, başqaları heç bir digər sərt və yumşaq vasitələrlə həyata keçirə bilməzdilər.

Yumşaq güc sərt gücdən daha nüfuz və təsiredicidir. Amerika kimi dünyadakı qüdrət sahiblərinin atom bombaları, müxtəlif modern silahları var. Eyni zamanda, incəsənət, kino, Hollivud və təbliğat üçün ən mühüm sərmayə yatırımları həyata keçirirlər.

Sərt güc, yəni Amerika gəlir, iyirmi il Əfqanıstanda qalır. Milyardlarla pul xərcləyir. Axırda da xalqın nifrəti ilə Əfqanıstandan qaçmağa məcbur olur. Sərt güc, yəni Amerika gəlir, mükəmməl təchizatlarla bütün İraqı ələ keçirir, İraq hökumətini devirir, özü orada hökumətin yerinə oturur. Təqribən iyirmi ildən sonra bu gün İraqda ən mənfur sayılan dövlət Amerika dövlətindən ibarətdir.

Yumşaq güc, yəni məzlum fələstinlilər kimi, zahirdə azlıqda, amma mənəvi nüfuza malik olan bir qrup, öz məzlumluğu, səbri, müqaviməti ilə dünyanın diqqətini özlərinə çəkə bildi. Yəni sərt güclə yumşaq güc arasındakı fərq, böyük bir fərqdir.

İran İslam Respublikası sərt gücdən daha çox/ yumşaq gücə söykənibdir.

İnqilab Rəhbəri çıxışlarının digər bir hissəsində buyurublar: İslam Dünyasının sərhədi bu gün Qəzzədədir. İslam Dünyasının nəbzi bu gün Qəzzədə vurur. Onlar küfr dünyası, tağut dünyası, zalımlar dünyası və Amerikanın qarşısında dayanıblar.

O həzrət çıxışlarının başqa bir hissəsində İran xalqını istiqlaliyyət, inkişaf və milli izzət sevən, həmçinin amerikalıların təzahür etmələrinə və onların ardınca getməyə nifrət edən bir xalq adlandırıb və belə deyiblər: Xalqın İran İslam Respublikasını sevməsinin səbəbi, onun bu dəyərlərə maraq göstərməsidir. Bu yol, Allah yoludur və heç bir qüdrət/ xalqı bu yoldakı hərəkətdən geri çəkməyə qadir deyildir.

Bu görüşün əvvəlində iştirakçılardan bir qrupu paklıq Əhli-Beyti(ə)-ın vəsvində şerlər oxuyubdur.

Teqlər