Mart 09, 2024 19:15 Asia/Baku
  • Əmir Abdullahian: “İnqilab liderinin səhifələrinin bloklanması izləyicilərə həqarətdir”

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “Meta” şirkətinin İnstaqram və Facebook-da İslam İnqilabının Ali Məqamlı Rəhbərinin səhifələrini bloklaması söz azadlığını pozmaqla yanaşı, təhqiramiz, qeyri-əxlaqi və qaydalara zidd olduğunu bildirib.

Əmir Abdullahian “Middle East” xəbər jurnalına müsahibəsində bəzi Qərb iddiaçılarının ifadə azadlığı şüarlarının puç və mənasız olmaqla bərabər onların mahiyyətcə siyasi məqsədli və riyakarcasına verildiyini qeyd edib.

O daha sonra əlavə edib: “Ali Məqamlı Rəhbərin hesablarının bloklanması təkcə söz azadlığının pozulması yox, belə bir addım həm də O həzrətin mövqelərindən və xəbərlərindən məlumat alan milyonlarla izləyicisinə təhqir hesab olunur”.

Əmir Abdullahian İnqilab Liderinin Meta şirkətinin söz azadlığına qarşı addımı olaraq media hesablarının bloklamanmasını pisləyərək qeyd edib ki,  Ayətullahul Uzma Xamenei dünyada məzlum Fələstin və Qəzzə xalqının ən doğru mövqeli dəstəkçisidir və “Silikon Vadisi” imperiyası bu səsin dünya ictimaiyyəsinə çatmasına heç də mane ola bilməz.

“Dünyada etik normaların tapdanılması və qeyri-əxlaqi qərarların verilməsi əlamətlərindən biri də Amerika platformalarının Həzrət Ayətullahul Uzma Xameneinin və 5 aydır Qəzzədən didərgin düşmüş vətəndaşların və 30 mindən çox fələstinli şəhidin tərəfdarlarının sözlərini senzura etməklə əsassız davranışlarıdır. Bu şirkət qanunsuz və qeyri-etik davranışlarına görə mütləq cavab verməlidir”-İran XİN başçısı açıqlamasında vurğulayıb.

 

Xatırladaq ki, Meta şirkəti ötən ay qeyri-qanuni qərarla Müəzzəm Rəhbərin “Instagram” və “Facebook” səhifələrini bloklamışdı.

“Middle East” isə yazıb ki, adı  çəkilən şirkət İran xarici işlər nazirinin sözlərinə heç bir reaksiya verməyib.