İran faktaraşdırıcı komissiyanın hesabatını rədd etdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranla bağlı beynəlxalq faktaraşdırıcı komitəsinin təsisçilərinə kəskin şəkildə mövqe sərgiləyərək İrana yersiz müdaxilə əvəzinə, öz ölkələrində tapdalanmış insan haqlarının bərpası ilə məşğul olmalarını tövsiyə edib.
BMT-nin faktaraşdırıcı komitəsi İranda 2022-ci ildə baş vermiş iğtişaşlarla bağlı hesabatında insan haqlarının pozulması və cinayətlərin olduğunu iddia edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Beynəlxalq Fakt Araşdırıcı Komissiyasının dərc etdiyi bu hesabatı kəskin şəkildə qınayaraq bu hesabatda əsassız iddiaların təkrarlanmasının heç bir hüquqi əsası olmadığını deyərək irəli sürülmüş ittihamları qəti şəkildə rədd edib.
"Beynəlxalq faktaraşdırıcı komissiyanın bu yaxınlarda təqdim etdiyi hesabat çox yaxşı göstərir ki, bu qurum Almaniya, İngiltərə, Amerika və Sionist rejim dövlətlərinin siyasi xəttinin tələblərinə uyğun hərəkət edir və onlardan qidalandığını açıq şəkidlə göstərir. Bu qurum, BMT insan haqları mexanizmlərindən yuxarıda adı çəkilən rejimlərin mənfur məqsədləri üçün sadəcə oyun kimi istifədə edir" -deyə açıqlamasında vurğulayan İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlvə edib, "Fakt Araşdırıcı Komissiya adlanan bu qurumun təsisçi ölkələri İran İslam Respublikasının 2022-ci il iğtişaşlarında ölkənin təhlükəsizliyi və sabitliyi istiqamətində apardığı siyasətdən qəzəblənmiş və bu hesabatı çıxarmaqla öz gümanlarında İran xalqından qisas almaq niyyətini biruzə vermişlər"
Nasir Kənani Fakt Araşdırıcı Komissiyanın təsisçi ölkələrinə tövsiyə edib ki, İrana yersiz müdaxilə əvəzinə öz ölkələrindəki tapdalanmış insan haqlarınının müdafiəsi ilə, xüsusilə Qəzzədə 5 ayda minlərlə qadın və uşağın pozulmuş hüquqlarının və qətliam edilmiş 31 minə yaxın Fələstin vətəndaşının müdafisəi ilə məşğul olsunlar. Onlar belə bir soyqırım və bəşəriyyətə qarşı cinayətlərin davam etməsinin tərəfdarı olmaqdan çəkinsinlər.