Mart 11, 2024 16:03 Asia/Baku
  • İsrail rejiminin BMT-nin Qadınların Statusu üzrə Komissiyasından çıxarılması tələb olunur

İran prezidentinin qadınlar və ailə məsələləri üzrə vitse-prezidenti deyib: Qəzzə zolağında vəziyyətin ağırlaşmasının ardınca ümid edirik ki, ölkələr işğalçı İsrail rejimini pisləmək üçün qadınlar sektorunda bir ittifaqa nail olacaqlar və bu rejimin BMT-nin Qadınların Statusu üzrə Komissiyasından çıxarılması məsələsi tələb ediləcək.

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən Ənsiyyə Xəzəli söyləyib: Ümid edirik ki, İsrail rejiminin BMT-nin Qadınların Statusu üzrə Komissiyasından çıxarılması məsələsi tələb olunacaq və həyata keçəcək.

Xəzəli əlavə edib: Ölkələr həmişə olduğu kimi qadınların durumu barədə hesabat  təqdim edəcəklər. Biz də İran qadınlarının vəziyyəti, eləcə  də beynəlxalq ictimaiyyətdə qadınların durumu və üzləşdikləri problemlər, həmçinin özəl şəkildə/ təəssüflə Qəzzədə hökm sürən şərait barədə hesabat verəcəyik. Qəzzədə/ blokada və hərbi cinayətlər üzündən baş verən aclıq və qırğın/ hökm sürür. Ölkələrin bu sahədə bir ittifaqa çatacaqları və qadınlar bölməsində sözügedən işğalçı rejimi və təhlükəli ünsürü pisləyə biləcəklərinə ümid edirik.

İran prezidentinin qadınlar və ailə məsələləri üzrə vitse-prezidenti bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək BMT-nin Qadınların Statusu üzrə Komissiyasının altmış səkkizinci iclasında çıxış edəcək.

 

Teqlər