Mart 12, 2024 14:53 Asia/Baku
  • “Sübh” beynəlxalq media festivalı elan edir

İkinci “Sübh” beynəlxalq media festivalı yayımladığı elanda festivalın 3 adda keçiriləcəyini və bununla bağlı əsərlərin qəbuluna start verildiyini açıqlayıb.

“Sübh” ikinci beynəlxalq media festivalının elanında bu festivalın Möhsün Yəzdinin rəhbərliyi ilə “Ümumi”, “Xarici mətbuat şöbəsi” və “Fələstin”adlı 3 istiqamətdə təşkil olunduğu bildirilib.

Bu festivala əsərlərin qeydiyyatı və təqdim edilməsi üçün son tarix 8 aprel 2024-cü il olduğu qeyd edilib.

Festivalın "Əsas" adlı bölümünə İranın istər daxilində və istərsə də xaricində fəaliyyət göstərən bütün incəsənət adamları və media fəalları öz əsərlərini təqdim edə bilərlər.

Xarici Mətbuat şöbəsi bölümünə İran Televiziya və Yayım Təşkilatının xarici mətbuatlarının televiziya, radio və yeni medianın hazırladığı əsərlərin təqdim edilməsinə imkan var.

Fələstinə aid xüsusi bölmə isə, İran daxilində və xaricdə fəlaiyyət edən mediaların “Film”, “Serial”, “ Qrafika və qısa animasiya”, “TV xəbər reportajı”, “Xəbərlər yayımı ”, “TV proqramlar ”, “Klip” kateqoriyalarında Fələstinlə bağlı hazırladığı əsərlər təqdim edilə bilər.

Bu beynəlxalq tədbir may ayının sonunda xüsusi mütəxəssilər qrupunun təşkil edəcəyi hər bölmənin qaliblərinin təltifi və festivalın bağlanış mərasimi ilə öz işini başa çatdıracaq.