İran BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırdı
“İsrail rejimi beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozub”
İran İslam Respublikası Suriyadakı konsulluğuna Sionist İsrail rejiminin hücumu ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
İran İslam Respublikasının BMT-dəki səfiri və nümayəndəsinin müavini İsrail rejiminin İranın Suriyadakı konsulluğuna hücumundan sonra Təhlükəsizlik Şurasına yazdığı məktubda həmçinin bu şuradan İsrail rejimi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə əlaqədar bu cinayət əməlini pisləməyi xahiş edib.
İRNA-nın verdiyi məlumata görə, İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Zəhra Ərşədi İsrail rejiminin konsulluğuna hücumundan sonra Təhlükəsizlik Şurasının dövriyyədəki sədri və BMT-nin baş katibi Antonio Quterreşə yazdığı məktubda bildirib: “İşğalçı İsrail rejimi İran İslam Respublikasının Suriya Ərəb Respublikasındakı diplomatik obyektlərinə qarşı mənfur terror aktı həyata keçirib. 2024-cü il aprelin 1-də İran İslam Respublikasının Dəməşqdəki diplomatik obyektləri işğal olunmuş Colan təpələrindən İsrailin hava və raket hücumları ilə hədəfə alınıb. Bu terror hücumu baş hərbi müşavirlər də daxil olmaqla, azı beş iranlı şəxsi heyətin faciəli şəkildə şəhid olmasına və İranın diplomatik obyektlərinin tamamilə dağıdılmasına səbəb olub”.
İran İslam Respublikasının yüksək rütbəli diplomatı məktubunda qeyd edib ki, bu dəhşətli cinayətlər və qorxaq terror hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, beynəlxalq qanunlar və diplomatik və konsulluq yerlərinin toxunulmazlığının əsas prinsipinin açıq şəkildə pozulmasıdır. Diplomatik Münasibətlər haqqında 1961-ci il Konvensiyası və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası kobud şəkildə pozulub. Bu dəhşətli cinayət həm də regionun sülh və təhlükəsizliyinə təhdiddir.