May 16, 2024 12:48 Asia/Baku
  • İranın nüvə proqramının məzlumluğunu dünyaya çatdırdıq

İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib ki, ilk dəfə olaraq, İran İslam Respublikasının nüvə proqramının zülmə məruz qaldığını peşəkar şəkildə dünyanın hər yerində insanların qulağına çatdırdıq.

Məhəmməd Eslami Nazirlər Kabinetinin həftəlik iclası çərçivəsində jurnalistlərə açıqlamasında Fransanın “Le Monde” qəzetinin İran İslam Respublikasının Nigeriyadan "sarı tort" alması ilə bağlı şayiələrə dair yazısına reaksiyada, heç bir izahat vermədən deyib: "Qrossi xəbərin mənbəyini açıqlamalıdır".

O, söhbətinin davamında ötən həftə İsfahanda 22 ölkənin iştirakı ilə ilk nüvə elmi və texnologiyası konfransının keçirildiyinə işarə edərək, konfransa 650 məqalə göndərildiyini və 420 məqalənin qəbul edildiyini bildirib və davamında deyib: "Bütün məqalələrin elmi səviyyəsi yüksək idi, lakin 420 məqalə konfransda təqdim olma qabiliyyətinə malik idi. Konfransın işçi qrupları 100-ə yaxın çıxış etmişdilər". 

Eslami əlavə edib: "Biz ilk dəfə olaraq İslam Respublikasının nüvə proqramının məzlumluq səsini tam peşəkar şəkildə dünyanın hər yerində olan xalqların qulağına çatdırdıq. Ölkənin nüvə dərnəyi sözü gedən konfransı hər iki ildən bir keçirəcək".

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinin İranın nüvə elmi və texnologiyası konfransında iştirakına işarə edərək, davam edib: "Cənab Qrossinin bu konfransda iştirakının mühüm məqamı o idi ki, İran İslam Respublikası nüvə elmi və texnologiyasının müxtəlif sahələrində dünyaya təqdim edilə biləcək yerli və geniş imkanlara malikdir".

o, Qrossi ilə apardığı danışıqların nəticəsini şərh edərkən, deyib: "2023-cü ilin martında verilən birgə bəyanatın müddəalarından əlavə agentliklə aramızda həll edilməmiş qalan məsələlərin təxminən yarısı həll edildi. Qalan iki məsələ də həll prosesindədir. Razılaşdırılmış plana əsasən, hər iki tərəfin köməkçiləri qarşılıqlı əlaqədə olacaqlar və danışıqlar aparacaqlar". 

Eslami əlavə edib: "İqtisadi sanksiyaların ləğvi ilə bağlı danışıqlar siyasi danışıqlardır ki, aparılması hər iki tərəfin siyasi və diplomatik rəsmilərinin səlahiyyətindədir və agentliklə apardığımız danışıqlara heç bir aidiyyəti yoxdur".

Atom Enerjisi Təşkilatının rəhbəri Qrossinin İranla yeni atmosferin formalaşmasının mümkünlüyü ilə bağlı sözlərinə işarə edərək deyib: "Bəli, o, tərəflər arasında 2023-cü ilin mart ayında birgə bəyanatda imzalanmış üç bəndin icrasını nəzərdə tutur".