İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə «Qız Qalası» su bəndi istifadəyə veriləcək
May 18, 2024 20:13 Asia/Baku
İran və Azərbaycan Respublikası arasında imzalanmış protokollar əsasında sərhəd Araz çayı üzərində «Qız Qalası» su bəndi inşa edilib. Layihədə məqsəd, çayın suyu və enerjisindən birgə istifadədir.
İranın Şərqi Azərbaycan valisi «Qız Qalası» su bəndi layihəsinin icrasını ölkəmizin podratçıları və mühəndislərinin iri texniki-mühəndislik layihələrinin icrası sahəsindəki ixtisas və bacarıqlarının simvolu adlandırıb. Sözügedən layihə sabah İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə istifadəyə veriləcək.