Rusiya Azərbaycan-İran münasibətlərinin normallaşmasını alqışlayıb
https://azeri.sahartv.ir/news/İran-i411450-rusiya_azərbaycan_İran_münasibətlərinin_normallaşmasını_alqışlayıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan-İran münasibətlərinin normallaşmasını alqışlayıb.
(last modified 2024-05-23T10:59:03+00:00 )
May 23, 2024 14:57 Asia/Baku
  • Rusiya Azərbaycan-İran münasibətlərinin normallaşmasını alqışlayıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan-İran münasibətlərinin normallaşmasını alqışlayıb.

Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib: “Azərbaycan-İran münasibətlərinin normallaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək”.

Onun sözlərinə görə, Moskva Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görür: “Xüsusilə bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Biz Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik. Biz əminik ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdırlar. Bunun üçün müvafiq müsbət təcrübə var və biz buna arxalanmalıyıq”, - deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, 3+3 formatına Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir.