İyul 11, 2024 12:08 Asia/Baku
  • İranın yeni seçilmiş prezidenti HƏMAS liderinə təşəkkür mesajı göndərib

Pezeşkiyan: Fələstin xalqına hərtərəfli dəstəyimiz davam edəcək

İran İslam Respublikasının yeni seçilmiş prezidenti rəsmi Tehranın bundan sonra da Fələstin xalqına və Qüdsün azadlığına hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb.

İRNA-nın məlumatına görə, doktor Məsud Pezeşkiyanın Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyəyə təşəkkür məktubunda deyilir: “İran İslam Respublikası İslam İnqilabının uca prinsip və məqsədlərinə sadiq qalaraq, İmam Xomeyninin (r.ə) idealları və Ali Rəhbərin göstərişləri çərçivəsində Fələstin xalqını və onun işğalçı və aparteid sionist rejimlə mübarizəsini dəstəkləyəməyi özünün insani və İslami vəzifəsi hesab edir. Ona görə də bütün idealları və hüquqları həyata keçirilənə və Qüds Şərifin azad edilməsinə qədər məzlum Fələstin xalqını dəstəkləməyə davam edəcəkdir”.

Pezeşkiyan əminlikə qeyd edib ki, Fələstin xalqının, məzlum və qüdrətli Qəzzənin tarixi müqaviməti və fələstinli döyüşçülərin hazırkı müharibədəki qəhrəmanlıq mübarizəsi sayəsində əziz Fələstinə qələbə və İlahi zəfər nəsib olacaq.

 

Teqlər