Pezeşkiyan: Fələstin xalqını bu çətin şəraitdə tək qoymayacağıq
İranın seçilmiş prezidenti Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə ilə telefon söhbətində vurğulayıbdır ki: Fələstin xalqını bu çətin şəraitdə tək qoymayacağıq.
İsmayıl Həniyyə dünən axşam doktor Məsud Pezeşkiyan ilə telefon əlaqəsində onu İran xalqının etimadını əldə etmək üzrə nailiyyəti münasibətilə bir daha təbrik edib.
Sözügedən seçkiləri İran xalqı və İslam Respublikası quruluşunun qüdrət nümayişi üzrə hadisə adlandıran Həniyyə söyləyib: Sizin mənim təbrik mesajıma olan cavabınıza görə, təşəkkür etməliyəm, zira bu cavab, Fələstin xalqı və müqavimət qarşısında əsl İslamın mövqelərini özündə əks etdirirdi. Bu mesaj İran İslam Respublikasının Məscidüləqsanın və Qüdsün azadlığı və Fələstin məsələsilə bağlı mövqelərinin davamı istiqamətindədir.
Həmas-ın siyasi bürosunun sədri sonra Qəzzədəki son durumu açıqlayıb. “Əl-Əqsa Tufanı” əməliyyatından 9 aydan çox bir müddətin keçdiyinə işarə edən Həniyyə bu əməliyyatı ərazilərinin azadlığı uğrunda Fələstin xalqının apardığı ən iri döyüşlərdən biri adlandırıb. Qeyd edib ki, sionist rejimi və onun hamiləri bu doqquz ayda ən böyük və ən dəhşətli cinayətlər və kütləvi qırğın törədiblər.
Həniyyə sionist rejimin dünən Qəzzənin Xan Yunis bölgəsində törətdiyi cinayətə də toxunub.
Sionistlər hər dəfə bu cür cinayətlər törədərkən belə əsaslandırırlar ki, Həmas-ın əsas komandirlərini şəhid etmək niyyətindədirlər, amma bu iddialar ümumi fikri azdırmaq məqsədli olaraq, tamamilə yalandır- deyə, Həmas-ın siyasi bürosunun sədri vurğulayıb.
Bu cinayət və öncəki oxşar cinayətlər Həmas-ın və digər müqavimət qruplarının atəşkəs təklifləri və müzakirələri ilə bağlı müsbət mövqelərə malik olduqları bir halda törədilib- deyən Həmas-ın siyasi bürosunun sədri söyləyib: Biz atəşkəs üzrə son təkliflə açıq şəkildə razılaşmışdıq və belə qeyd olunmuşdu ki, İsrail rejimi də onunla razılığını elan etməlidir, amma Netanyahu yeni cinayətlər törətdi və indi də yeni şərtlər irəli sürübdür. Aydındır ki, o, nəinki atəşkəs razılaşması ardınca deyil, əksinə müharibənin genişləndirilməsi niyyətindədir!
Doktor Pezeşkiyan da bu telefon danışığında sionist rejimin dünənki cinayətini pisləyib və fələstinlilərə başsağlığı verib.
Bu kimi cinayətlər, sionist rejimin fələstinlilərin müqavimət ruhiyyəsini qırmaq məqsədilə Qəzzənin günahsız və müdafiəsiz əhalisinə qarşı cinayət və qırğının davam etdirilməsi istiqamətində əzmkar olmasından xəbər verir ki, əlbəttə, Allahın lütfü ilə, müvəffəq olmayacaq- deyə, Pezeşkiyan bildirib.
Həmas-ın siyasi bürosu sədrinin təbriklərinə görə təşəkkür edən İranın seçilmiş prezidenti söyləyib: Mənim dövlətim Fələstin məsələsini İslam dünyasının əsas məsələsi kimi öz iş prioritetində qərar verəcək. Digər islami ölkələrin həmkarlıqları və müşayiətlərilə Qəzzə zolağında qırğının dayandırılması və atəşkəsin bərqərar edilməsini həyata keçirməyə çalışacağıq.
Növbəti addımda Fələstin ərazilərinin uzunmüddətli işğalının başa çatması məsələsini ciddi surətdə təqib edəcəyik- deyən doktor Pezeşkiyan vurğulayıb: Bu əqidədəyik ki, Qəzzənin və Fələstinin gələcəyi bu diyarın xalqı tərəfindən və fələstinli-fələstinli razılaşması çərçivəsində təyin edilməlidir; bu reallıq nəzərə alınmadan, hər hansı digər təşəbbüs və plan uğursuzluğa məhkum olacaq.