Rəsmi Tehranın Cənubu Qafqazla bağlı mövqeyi sabitdir
https://azeri.sahartv.ir/news/İran-i415882-rəsmi_tehranın_cənubu_qafqazla_bağlı_mövqeyi_sabitdir
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran bölgədə istənilən geosiyasi dəyişikliyə qarşıdır.
(last modified 2024-11-08T03:32:52+00:00 )
Noy 08, 2024 07:29 Asia/Baku
  • Rəsmi Tehranın Cənubu Qafqazla bağlı mövqeyi sabitdir

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran bölgədə istənilən geosiyasi dəyişikliyə qarşıdır.

Səfir Sübhani Ermənistanın Kapan şəhərində jurnalistlərə verdiyi açıqlamada qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin vacib olduğunu xatırladaraq qeyd edib ki, yalnız bu şərtlər əsasında kommunikasiyalar açılmalıdır.

Onun sözlərinə görə, İran tərəfi ərazidənkənar dəhliz məntiqi olan hər şeyə qarşıdır və istənilən geosiyasi dəyişikliyi qəbul etmir.