Pezeşkiyan zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsi barədə göstəriş verib
https://azeri.sahartv.ir/news/İran-i416645-pezeşkiyan_zəlzələdən_zərərçəkənlərə_xidmətin_sürətləndirilməsi_barədə_göstəriş_verib
İran prezidenti Xuzistan valisi ilə telefon söhbətində Məscidi-Süleyman rayonunda zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsinə təkid edib.
(last modified 2024-12-06T07:53:37+00:00 )
Dek 06, 2024 10:52 Asia/Baku
  • Pezeşkiyan zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsi barədə göstəriş verib

İran prezidenti Xuzistan valisi ilə telefon söhbətində Məscidi-Süleyman rayonunda zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsinə təkid edib.

Doktor Məsud Pezeşkiyan bu telefon əlaqəsində zəlzələdən zərər çəkmiş bölgələrə, xüsusən də Məscidi-Süleyman rayonunun Qolgir bölgəsinə dəymiş xəsarətləri, həmçinin zərəçəkənlərə baxılması və onların müvəqqəti məskunlaşdırılmaları prosesini təqib edib.

Ölkə prezidenti habelə zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsi barədə lazımi göstərişlər verib.

Məscidi-Süleyman rayonunda baş verən bu yeraltı təkan nəticəsində iyirmi doqquz nəfər bədən xəsarəti alıb. Zəlzələ həmçinin bir neçə mənzilə xəsarətin dəyməsinə bais olub.