Ali Məqamlı Rəhbər namazın əvvəl vaxtda və hüzuri-qəlb ilə qılınmasına təkid ediblər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri 31-ci Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə namazın əvvəl vaxtda və diqqət və hüzuri-qəlb ilə qılınmasının vacibliyini vurğulayıblar.
Bu gün çərşənbə günü Bocnurd şəhərində İrandakı namaz qərargahının rəhbəri Höccətül-İslam vəl-Müslimin Möhsün Qəraətinin iştirakı ilə 31-ci Ümumrespublika Namaz Konfransı fəaliyyətə başlayıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 31-ci Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətin mətni belədir;
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Allaha həmd olsun ki, mübarək namaz iclasları silsiləsi illər boyu davam etdi və Hüccətül-İslam Qəraətinin bu ixlaslı hərəkəti bərəkət verdi və gözlənildiyi kimi davam etdi və bərəkətinin davam edəcəyini ümid edirik.
Burada əsas tövsiyəm əvvəla, namazın əvvəl vaxtda qılınmasıdır; İkincisi isə namazın diqqət və hüzuri-qəlb ilə qılınmasına çalışmaqdır.
Namaz qılan bilməlidir ki, bütün kainatın sahibi və qiyamətin padşahı olan Allaha xitab edir.
Bu iki xüsusiyyətlə namaz, namaz qılanın qəlbinə və ruhuna, sonra isə şəxsi və ictimai əməllərinə təsir edir.
Gənclər başqalarından daha çox bu tövsiyələrin müxatəbidirlər, ümid edirik ki, Allahın lütfü onların vəziyyətinə də şamil olunacaq.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun
Seyid Əli Xamenei