Apr 21, 2025 11:57 Asia/Baku
  • Şeyx Əcəl'in Anım Günü

1 Ordibehesht (21 Aprel) – Böyük fars şairi Sədinin anım günüdür.

Sədişünas ədiblər Sədini “insani həyatın müəllimi” adlandırırlar; o, elə bir mütəfəkkirdir ki, bu gün də insanı əxlaq, həmrəylik və ləyaqətə doğru yönəldə bilər. Bu günün tələsik və düşüncədən uzaq həyatında Sədinin sözləri üzərində düşünmək, insanı və onun unudulmuş dəyərlərini yenidən tanımaq üçün bir fürsət ola bilər.

Sədi təlimlərinin əsas prinsiplərindən biri qəflətə qarşı durmaqdır. O, elə bir dünyanı təsvir edir ki, orada insan bəzən öz insani mahiyyətini itirib, bir növ mexaniki və robotvari xüsusiyyətlər qazana bilər. “Loqmanın loxmaları” adlı kitabın ilk cildində – hansı ki Sədinin fikirlərinə həsr olunub – qeyd etmişəm ki, Sədi zamanın sürətlə keçməsinə son dərəcə həssas yanaşır. Buna görə də deyir: “Hər nəfəs ki, içəri girir, həyat verəndir; və çölə çıxan nəfəs, ruhu şadlandırandır. Beləliklə, hər nəfəsdə iki nemət var və hər nemət üçün bir şükür vacibdir.”