Qalibaf:
Çin və Rusiyanın vetosu Təhlükəsizlik Şurasından siyasi məqsədlər üçün sui-istifadənin qarşısını aldı
Sen 19, 2026 18:41 Asia/Baku
İran Parlamentinin sədri bəyan edib ki, Çin və Rusiyanın ABŞ-nin qeyri-qanuni qətnamə layihəsinə veto qoyması Təhlükəsizlik Şurasından siyasi məqsədlər üçün sui-istifadə edilməsinin qarşısını aldı.
İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf özünün "X" sosial şəbəkə hesabında yazıb:"Bir tərəfin zor və məcburiyyət yolu ilə güzəştlər əldə etdiyi təkqütblü dünya nizamı artıq başa çatıb.Çin və Rusiyanın vetosu Təhlükəsizlik Şurasından siyasi məqsədlər üçün sui-istifadəni rədd etdi və qanunun aliliyini yenidən möhkəmləndirdi.Biz çoxtərəfliliyi qorumalıyıq; çünki birtərəflilik heç kimin maraqlarına xidmət etmir."