ABŞ prezidentinin hədələri Vaşinqtonun strateji dalana dirəndiyini göstərir
https://azeri.sahartv.ir/news/İran-i423230-abŞ_prezidentinin_hədələri_vaşinqtonun_strateji_dalana_dirəndiyini_göstərir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ prezidentinin İrana qarşı hədələrini daha çox daxili təbliğat və təcavüzkar addımlara haqq qazandırmaq üçün bir vasitə kimi qiymətləndiriblər.
(last modified 2026-09-23T13:05:55+00:00 )
Sen 23, 2026 16:25 Asia/Baku
  •  ABŞ prezidentinin hədələri Vaşinqtonun strateji dalana dirəndiyini göstərir

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ prezidentinin İrana qarşı hədələrini daha çox daxili təbliğat və təcavüzkar addımlara haqq qazandırmaq üçün bir vasitə kimi qiymətləndiriblər.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bildiriblər ki, ABŞ prezidentinin İrana qarşı düşmənçilik dolu açıqlamaları və təkrarlanan hədələri, dünyada təcavüzə və əmin-amansızlıq yaratmağa və quldurluğa haqq qazandırmaq üçün BMT tribunasından sui-istifadə etməklə müşayiət olunur və sahədəki reallıqlara əsaslanmaqdan daha çox, daxili təbliğat üçün bir vasitədir. Bəyanatda qeyd olunub ki, əsassız təhdidlərin təkrar-təkrar səsləndirilməsi, ABŞ ordusunun yorulmuş vəziyyətini nəzərə alaraq, güc nümayişi deyil, Vaşinqtonun strateji dalana dirəndiyini və çıxılmaz vəziyyətdə olduğunu göstərir.İran Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb ki, İran həmişə regionun təhlükəsizliyinin dayağı olub. ABŞ isə Qərbi Asiyada qanunsuz və təcavüzkar mövcudluğu ilə təhdid və qeyri-sabitliyin mənbəyidir. Bu qurumlar, həmçinin bildiriblər ki, ABŞ prezidentinin ritorikası qüvvələr nisbətinə dair hesablamaları dəyişdirməyəcək. İran Silahlı Qüvvələri təhdidlərə cavab olaraq təcavüzkarlara, eləcə də ABŞ və sionist rejim başçılarına qarşı daha şiddətli və gözlənilməz zərbələr endirməyə tam hazırdır.