Pezeşkian İmam Rezanın (ə) hərəmini zəyarət edib:
Prezident Şəhid Rəhbərin məzarı önündə o Həzrətə öz ehtiramını bildirib
Okt 24, 2026 17:50 Asia/Baku
İran prezidenti Məsud Pezeşkian İmam Rzanın (ə) müqəddəs hərəmini ziyarət edib, həmçinin İnqilabın Şəhid Rəhbərinin məzarı önündə o Həzrətə öz ehtiramını bildirib.
Prezident Məsud Pezeşkian şənbə günü axşam müqəddəs Məşhəd şəhərinə qısamüddətli səfəri çərçivəsində İmam Rzanın (ə) mütəhhər hərəminə gedərək, şiələrin səkkizinci imamının məqbərəsini ziyarət edib.Prezident Pezeşkian İmam Rzanın (ə) məqbərəsini ziyarət etdikdən sonra Darüz-Zikr rəvaqına gedib, Fatihə surəsini oxuyaraq İslam İnqilabının Şəhid Rəhbərinin xatirəsini ehtiramla yad edib.