Heç bir halda ABŞ-nin paslanmış gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i423702-heç_bir_halda_abŞ_nin_paslanmış_gəmilərinin_fars_körfəzinə_daxil_olmasına_imkan_verməyəcəyik
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İran İslam Respublikası heç bir halda ABŞ-nin hərbi gəmilərinin yenidən Fars körfəzinə daxil olmasına yol verməyəcək.
(last modified 2026-10-24T13:19:22+00:00 )
Okt 24, 2026 17:17 Asia/Baku
  •  Heç bir halda ABŞ-nin paslanmış gəmilərinin Fars körfəzinə daxil olmasına imkan verməyəcəyik

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İran İslam Respublikası heç bir halda ABŞ-nin hərbi gəmilərinin yenidən Fars körfəzinə daxil olmasına yol verməyəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-leytenant Əli Adbullahi bildirib ki, İranın Silahlı Qüvvələri öz imkanlarına arxalanaraq, Trampın və amerikanın digər rəsmilərinin onu Vaşinqtonun hərbi gücünün simvolu hesab etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrini qeyri-effektiv hala gətiriblər. Belə ki, bu qüvvələr artıq Fars körfəzinə və ya İranın ərazi sularına yaxınlaşa bilmirlər.General-leytenant Əli Abdullahi vurğulayıb ki, ABŞ prezidenti ölkəsinin hərbçilərinin Fars körfəzinə qayıtmasını yalnız yuxusunda görə bilər. O bildirib ki, amerikalılar öz hərbi qüvvələrini bu strateji su yoluna qaytarmaq arzusunu özləri ilə məzara aparacaqlar və İran heç bir zaman, heç bir şəraitdə ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək.Ali komandan ABŞ prezidentinin İranın nüvə obyektlərinin məhv edilməsi ilə bağlı ziddiyyətli açıqlamalarına diqqət çəkərək, soruşub: "Əgər hər şeyi məhv etmisinizsə, o zaman niyə hələ də İranın nüvə imkanları barədə xəbərdarlıq edirsiniz"? O, bu bir-birinə zidd bəyanatların yalnız dünya ictimaiyyətini, xüsusən də Amerika xalqını aldatmaq məqsədi daşıdığını vurğulayıb və əlavə edib: "Əgər İranın bütün hərbi obyektlərini və imkanlarını məhv etdiyinizə bu qədər əminsinizsə, bəs niyə paslanmış hərbi gəmiləriniz, digər gəmiləriniz və qorxaq hərbi qüvvələriniz Hörmüz boğazına, yaxud İranın dəniz və quru sərhədlərinə yaxınlaşmağa cəsarət etmir?"İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi çıxışının sonunda bildirib ki, İslam İnqilabının Ali Rəhbərinin qəti iradəsi, İran xalqının dözümlülüyü və silahlı qüvvələrin hazırlığı sayəsində İran İslam Respublikası ABŞ və sionist rejimlə qarşıdurmanı davam etdirəcək və bu qarşıdurma nə qədər uzun sürərsə, ABŞ və onun müttəfiqləri özlərinin yaratdıqları bataqlıqda daha dərindən batacaqlar.