Dek 12, 2022 19:29 Asia/Baku
  • Məşhəddə Zeynalzadə və Rzazadə şəhidlərinin cinayətkarı edam edildi

Məşhəddə Zeynalzadə və Rzazadə şəhidlərinin cinayət amili ictimaiyyətin qarşısında dar ağacından asılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Noyabrın 17-də Xorasan-Rəzəvi vilayətinin mərkəzi Məşhədin "Hüramili" küçəsində “Məcid Rza Rəhnəvərd” soyuq silahla təhlükəsizlik qüvvələrinə hücum edərək, "Hüseyn Zeynalzadə"ni baş, boyun və bədən nahiyəsindən bir neçə bıçaq zərbəsi ilə şəhid edib, daha sonra isə Daniyal Rzazadəni boyun nahiyəsindən bıçaqlayaraq, şəhid edib.

Bu terrorçu öz terror aktı zamanı yoluna çıxan daha 4 nəfərə də xəsarət yetirib və hadisə yerindən qaçıb.

Cinayəti yaxından görən məhkəmədəki şahidlərdən birinin sözlərinə görə, hadisə baş verən gün təqsirləndirilən şəxs təhlükəsizlik qüvvələrinin 2 əməkdaşını öldürdükdən sonra, qaçarkən yoluna çıxan hər kəsi bıçaqlayıb, sonra isə qaçıb.

Həmin gün baş verən hadisələr o bölgənin atmosferini o qədər dəhşətli edib ki, camaatın hamısı vahiməyə düşmüş, mağazaçılar isə həmin şəxsin yaratdığı qorxu və panikadan mağazaları bağlamışlar.

Mizan xəbər agentliyinin məlumatına görə, noyabrın 19-da Məşhəddən qaçmış müttəhim  ölkədən qaçmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və dərhal onun istintaq işinə başlanılıb.

İttihamnaməyə əsasən, "Məcid Rza Rəhnəvərd" insanları öldürmək niyyəti ilə bıçaq tipli soyuq silah çəkərək, "Daniyal Rzazadə" və "Hüseyn Zeynalzadə"nin şəhid olmasına və daha 4 nəfərin yaralanmasına səbəb olan müharibədə ittiham edilib.

İttiham aktında o da bildirilir ki, təqsirləndirilən şəxsin hərəkətləri mühitdə əmin-amansızlığa şərait yaradıb. 

Teqlər