Bakı-Moskva təyyarəsində bomba məsələsi
https://azeri.sahartv.ir/news/azərbaycan-i196550-_bakı_moskva_təyyarəsində_bomba_məsələsi
Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2015 14:23 Asia/Baku
  • Bakı-Moskva təyyarəsində bomba məsələsi
    Bakı-Moskva təyyarəsində bomba məsələsi

Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.

Bu məlumata görə, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.

Xatırladaq ki, bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır.

Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb. Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb .

Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.