Yaxın gələcəkdə Astara və Biləsuvar gömrüklərinin fəaliyyəti sutkalıq olacaq
Okt 12, 2015 15:02 Asia/Baku
-
Yaxın gələcəkdə Astara və Biləsuvar gömrüklərinin fəaliyyəti sutkalıq olacaq
İran və Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrükləri yaxın gələcəkdə sutkalıq fəaliyyət göstərəcəklər.
İranın Bakıdakı səfiri IRIB-nin Bakı müxbiri ilə müsahibədə bu xəbəri verərək, deyib: Bu iki gömrüyün 24 saatlıq fəaliyyəti ilə bundan öncə iki tərəfin müştərək komissiyasında prinsipial surətdə razılıq əldə olunmuşdu və iki ölkənin müştərək iqtisadi komissiyası həmsədrlərinin son Astara iclasında qərara alındı ki, iyirmi gün ərzində iki tərəfin gömrük rəsmiləri lazımi insan qüvvəsi və təchizat baxımından məsələni dəqiq şəkildə araşdırsın və bu gömrüklərin sutkalıq fəaliyyətlərinin başlanması zamanını elan etsinlər.Möhsün Pak Ayin iki tərəfin gömrük başçılarının konkret bir zamanda bu barədə sürətlə öz fikirlərini bildirmələrini vurğulayıb və belə əlavə edib: Bu iki gömrüyün sutkalıq fəaliyyəti iki ölkə iqtisadiyyatının çiçəklənməsində mühüm rol oynayacaq.
Onu da qeyd edək ki, bu iki gömrüyün fəaliyyəti hazırda səhər saat doqquzda başlanır və axşam saat altıda başa çatır.
Teqlər