Məzahir Pənahov: Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i198712-məzahir_pənahov_bu_seçkilərdə_63_min_555_min_nəfər_ilk_dəfə_səs_verəcək
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri bu ilki parlament seçkilərində 63 min 555 nəfərin ilk dəfə səs verəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2015 14:29 Asia/Baku
  • Məzahir Pənahov: Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək
    Məzahir Pənahov: Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri bu ilki parlament seçkilərində 63 min 555 nəfərin ilk dəfə səs verəcəyini bildirib.

Trend-in məlumatına görə,Məzahir Pənahov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.

M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açan gənclərdir: “Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. ”.