Tarixi Gəncə şəhərində Təbriz prospektinin açılışı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i198779-tarixi_gəncə_şəhərində_təbriz_prospektinin_açılışı_olub
Azərbaycan Respublikasının Gəncə şəhərində Təbriz adlı prospekt bu gün istifadəyə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 10:14 Asia/Baku
  • Tarixi Gəncə şəhərində Təbriz prospektinin açılışı olub
    Tarixi Gəncə şəhərində Təbriz prospektinin açılışı olub

Azərbaycan Respublikasının Gəncə şəhərində Təbriz adlı prospekt bu gün istifadəyə verilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikası və İran İslam Respublikasının dostluq nişanəsi olaraq və İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Şərqi Azərbaycan valisi Cabbarzadə, Gəncə şəhərin icra başçısı Elmar Vəliyev və Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu və Gəncə əhalisinin iştirakı ilə 2,5 km uzunluğunda olan bu prospektin açılış mərasimi keçirilib.
Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev bu prospektin açılış mərasimində deyib: Biz Gəncədə bu prospekti Təbriz şəhərinin adı ilə adlandırmaqla Gəncə əhalisinin Təbriz əhalisinə sevgi və diqqətini əks etdirmək və təkcə sözdə deyil, praktiki olaraq İran İslam Respublikasına dostluğumuzu bəyan etmək istədik.
Şərqi Azərbaycan valisi də bu mərasimdə Təbriz əhalisinin səmimi salamını Gəncə əhalisinə çatdırıb və iki vilayət arasında əlaqələrin gücləndirilməsini vurğulayıb.