Təmas xəttində Azərbaycan R. hərbçiləri erməni qadını saxlayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i199449-təmas_xəttində_azərbaycan_r._hərbçiləri_erməni_qadını_saxlayıblar
Bir Ermənistan vətəndaşı təmas xəttində həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2015 10:59 Asia/Baku
  • Təmas xəttində Azərbaycan R. hərbçiləri erməni qadını saxlayıblar
    Təmas xəttində Azərbaycan R. hərbçiləri erməni qadını saxlayıblar

Bir Ermənistan vətəndaşı təmas xəttində həbs olunub.

Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, noyabrın 8-də saxlanılan Ermənistan Respublikasının vətəndaşı ilə beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.