Noy 20, 2015 19:37 Asia/Baku
  • İlahiyyatçı Vüqar İsgəndərovun həbsinə etirazlar
    İlahiyyatçı Vüqar İsgəndərovun həbsinə etirazlar

Azərbaycan ilahiyyatçılarından olan Vüqar İsgəndərovun həbsi ictimaiyyətin hiddətinə səbəb olub.

İslamazeri.az xəbər verirki, noyabrın 19-da "Furqan" İcimai Birliyinin sədri, ilahiyyatçı Hacı Vüqar İsgəndərov mülki geyimli polis əməkdaşları tərəfindən polis idarəsinə aparılıb.
O polisdə bir az dindirildikdən sonra Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmə isə ilahiyyatçıya 20 sutka həbs qərarı verib.
Bu həbslə bağlı “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “Təşkilat olaraq Gəncədə həbslərin başlamasını, İslamofobiyanın davamı hesab edir, söz azadlığının kobud surətdə pozulması kimi qiymətləndiririk. Çünki, hörmətli Vüqar İsgəndərov (Qarabaği) özünün sosial profilində Gəncədə baş verən Aşura ərəfəsindəki olaylar haqda ictimaiyyəti doğru düzgün məlumatlandırmış və məmur özbaşnalığını ifşa etmişdir.
MMDİB olaraq tanınmış ilahiyyatçı, gözəl ictimai fəal və qiymətli yazar olan Hacı Vüqar İsgəndərovun həbsini qəti pisləyir, ilahiyyatçının dərhal azad edilməsini tələb edirik!”
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) isə bu halı insan haqlarının kobud surətdə pozulması kimi dəyərləndirir, Hacı Vüqar İskəndərovun təcili azadlığa buraxılmasına çağırır.”
MBH-nin sədri Tale Bağırzadə bildirib: “İnanclılara qarşı qərəzli və sifarişli şəkildə başladılan “qara piar” kampaniyası dərhal dayandırılmalıdır!”
Azərbaycan Respublikası İslam Partiyası da əsassız ittihamlarla saxlanılan ilahiyyatçının həbsinə etiraz və onun dərhal azadlığa buraxılmasına çağırış edib.
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı Gəhcə şəhərində yaşayan tanınmış ilahiyyatçı-filosof, "Furqan" İctimai Birliyinin sədri Hacı Vüqar Qarabağinin (İsgəndərov) əsassız olaraq 20 sutka həbc cəzasına məhkum edilməsini sərt şəkildə pisləyib.
Bu barədə qurumun yaydığı bəyanatda bildirilir: "Ümumiyyətlə, şəxsin dinc ictimai fəaliyyətinə, düşüncələrinə, cəmiyyətdə razılaşmadığı məqamlarla bağlı tənqidi qeydlərinə, mediada çıxışlarına görə təzyiqlərə məruz qalması absurddur və insan hüquq və azadlıqlarına kobud müdaxilədir."

Teqlər