Əliyev-Sarkisyan görüşü dekabrın 1-də baş tutacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i199978-Əliyev_sarkisyan_görüşü_dekabrın_1_də_baş_tutacaq
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2015 08:20 Asia/Baku
  • Əliyev-Sarkisyan görüşü dekabrın 1-də baş tutacaq
    Əliyev-Sarkisyan görüşü dekabrın 1-də baş tutacaq

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.

Bakı medialarının məlumatlarına görə, bu barədə Ermənistanın “Qrapark” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Parisdə danışıqlarda yeni təkliflər irəli sürülməyəcək, tərəflər atəşkəs rejiminə riayət etmək və danışıqların davam etdirilməsi məsələlərini müzakirə edəcəklər.