Dörd rektor vəzifəsindən azad edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i200018-dörd_rektor_vəzifəsindən_azad_edildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Aqiyə Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2015 08:35 Asia/Baku
  • Dörd rektor vəzifəsindən azad edildi
    Dörd rektor vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Aqiyə Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Faktxəbər-in məlumatına görə, prezident İlham Əliyev Səməd Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.
İlham Əliyevin başqa bir sərəncamı ilə isə Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev də prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Deyilənlərə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi Tahirə Mahmudova da vəzifəsindən azad edilib.
Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.