Tehran və Bakı fövqəladə hallarla mübarizə üçün əməkdaşlıq edirlər
Noy 26, 2015 09:01 Asia/Baku
-
Tehran və Bakı fövqəladə hallarla mübarizə üçün əməkdaşlıq edirlər
"Xəzər 2015" adlı Xəzər dənizində fövqəladə hallarla mübarizənin formatı üzrə manevrə nəzarət etmək üçün Bakıya səfər edən İranın daxili işlər nazirinin əvəzedicisi və Fövqəladə Halların İdarəçiliyi Təşkilatının sədri İsmayıl Nəccar ötən gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşərək danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İsmayıl Nəccar bu görüşdə İran İslam Respublikasında sel, zəlzələ, torpaq sürüşməsi kimi müxtəlif hadisələrin baş verməsi və bu böhranlarla qarşılaşmada modern elmdən istifadəyə toxunaraq əlavə edib: Bu böhranlarla mübarizə üçün yaxşı təcrübələrə malikik və Azərbaycan Respublikası ilə təcrübə mübadiləsi üçün əməkdaşlıq etməyə hazırıq.Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu görüşdə deyib: Bölgədə iki ölkənin neft və qaz ölkəsi olduğunu nəzərə alaraq, Azərbaycan hadisələrin qarşısını almaq məqsədilə sənaye çirkləndiricilərinin aradan qaldırılması üzrə lazımi əməkdaşlıqları etməyə hazırdır.
Heydərov Azərbaycanın bölgədə xilasediciliyin gücləndirilməsi məqsədilə müştərək manevrlərin keçirilməsinə hazır olduğunu qeyd edib.
Azərbaycanın fövqəladə hallar naziri əlavə edib: Meşələrdə yanğın və ya Xəzər dənizində hadisələrin baş verməsinin mümkünlüyünü nəzərə alaraq bəzən həmin ərazilərə qüvvənin göndərilməsi yalnız vertolyotla mümkündür. Və iki ölkə arasında müştərək anlaşmanın olmaması xilasetmə işlərinin ləngiməsi və çətinliyinə səbəb olur. Bu anlaşmanın imzalanması iki ölkə üçün təsirli addım ola bilər.
Teqlər