“Günəşli”dəki 3 quyudan biri söndürülüb 2 quyu hələ də yanır
https://azeri.sahartv.ir/news/azərbaycan-i200868-günəşli_dəki_3_quyudan_biri_söndürülüb_2_quyu_hələ_də_yanır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı güclü yanğın hələ də davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2015 05:55 Asia/Baku
  • “Günəşli”dəki 3 quyudan biri söndürülüb 2 quyu hələ də yanır
    “Günəşli”dəki 3 quyudan biri söndürülüb 2 quyu hələ də yanır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı güclü yanğın hələ də davam edir.

APA-nın xəbərinə görə, “Günəşli”dəki 10 saylı dərin dəniz özülündə baş verən yanğın bir quyuda tam söndürülsə də iki quyuda yanğını dayandırmaq mümkün olmayıb. söndürülən quyu neft quyusudur.

SOCAR-dan verilən məlumatda qeyd olunur ki, yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyusudur. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Dekabrın 4-dən “Günəşli” yatağında baş verən hadisə zamanı özüldə 63 nəfər olub. Yanğın nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb. 20 nəfər xəsarət alıb. İtkin düşənlərdən 6-nın meyiti tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.