Jurnalist Məmmədli azad edildi
Dek 25, 2015 06:44 Asia/Baku
-
Jurnalist Məmmədli azad edildi
Azərbaycan Respublikasında jurnalist İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edilmişdi
22 gün əvvəl İnzibati Xətalar Məcəlləsinə əsasən həbs olunan jurnalist İlkin Məmmədli azad olunub.
İslamazeri.az-ın verdiyi xəbərə görə, 2 dekabrda barəsində məhkəmə hökmü ilə 22 sutka inzibati cəza verilən jurnalist ötən gecə saatlarında evinə buraxılıb. Jurnalist, Azərbaycanda araşdırmaçı yazar kimi fəaliyyət göstərib. Qeyd edək ki, o Binəqədi Müvəqqəti Təcridxanasında saxlanılırdı.