Allahşükür Paşazadə: Vəhdət, İslam düşmənləri qarşısında müsəlmanların yeganə yoludur
https://azeri.sahartv.ir/news/azərbaycan-i201264-allahşükür_paşazadə_vəhdət_İslam_düşmənləri_qarşısında_müsəlmanların_yeganə_yoludur
Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam düşmənlərinin fitnələrinə işarə edərək, deyib: Birlik və həmrəyliyin qorunması müsəlmanların İslam düşmənləri qarşısında yeganə yoludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2015 11:13 Asia/Baku
  • Vəhdət, İslam düşmənləri qarşısında müsəlmanların yeganə yoludur
    Vəhdət, İslam düşmənləri qarşısında müsəlmanların yeganə yoludur

Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam düşmənlərinin fitnələrinə işarə edərək, deyib: Birlik və həmrəyliyin qorunması müsəlmanların İslam düşmənləri qarşısında yeganə yoludur.

QMİ sədri Allahşükür Paşazadə İRİB-nin Bakı müxbiri ilə müsahibədə İslam Peyğəmbərinin (s.ə.s) milad günlərinin İmam Xomeyni(r.ə) tərəfindən "Vəhdət Həftəsi" olaraq adlandırılmasının önəminə təkid edərək, müsəlmanlar arasında birliyin qorunmasını zəruri adlandırıb.

Allahşükür Paşazadə Qərb dövlətlərinin xüsusi ilə də Amerikanın İslam ölkələri arasında ixtilaf törətmələrinə, İŞİD kimi terrorçu qruplaşmalar yaratmalarına işarə edərək deyib: Bu gün İslamın adından sui-istifadələr və qərblilərin İslam dini ilə bağlı məlumatsızlığı, ilahi rəhmət dini olan bu dinə qarşı müharibələrə və qan axıtmalara səbəb olub. Belə bir şəraitdə müsəlmanlar arasında birliyin qorunması və İslam dininin həqiqi formada dünyaya tanıtdırılması zəruridir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib: Quran-Kərimdə "Allahın ipindən yapışmaq və Quran-Kərimə möhkəm bağlanmaq" haqda təkidin edilməsini nəzərə alaraq, müsəlmanlar İslam Peyğəmbərinin(s.ə.s) göstərişləri əsasında öz aralarında birliyin qorunmasına çalışmalıdırlar.