Azərbaycanda istehsal olunan ərzağın qiyməti artacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i201310-azərbaycanda_istehsal_olunan_ərzağın_qiyməti_artacaq
Azərbaycanda devalvasiyadan sonra yerli istehsalın da kəskin artması əhali arasında ciddi etiraz yaradır. Bəzi malların idxal edilmədiyi halda eyni dərəcədə qalxması əhalidə ciddi sual yaradır. Un, şəkər tozu, qənd və bu kimi ərzaq məhsulllarının kəskin artması əhalidə daha artıq etiraz doğurur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2015 16:56 Asia/Baku
  • Azərbaycanda istehsal olunan ərzağın qiyməti artacaq
    Azərbaycanda istehsal olunan ərzağın qiyməti artacaq

Azərbaycanda devalvasiyadan sonra yerli istehsalın da kəskin artması əhali arasında ciddi etiraz yaradır. Bəzi malların idxal edilmədiyi halda eyni dərəcədə qalxması əhalidə ciddi sual yaradır. Un, şəkər tozu, qənd və bu kimi ərzaq məhsulllarının kəskin artması əhalidə daha artıq etiraz doğurur.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Samir Əliyev deyib ki, ölkədə istehsal olunan ərzaq məhsulları xammalla özünü tam təmin edə bilmir: “Milli valyutanın ucuzlaşması idxal edilən məhsulları bahalaşdırmalıdır. Bəziləri adekvat, bəziləri də daha çox artır. Əslində bu bazarın ilkin reaksiyasıdır və anlaşılandır. Ölkəyə qeyri-ərzaq məhsulları əsasən idxaldan asılıdır. Amma ərzaq məhsullarının əksəriyyəti ölkə daxilində istehsal olunur.

ٍEkspert əlavə edib ki, bizim ərzaqdan aslılığımız 20%-dir. Amma problem onda dır ki, devalvasiya ölkədə istehsal olunan əksər ərzaq məhsullarında təsirin göstərir və bu proses davam edəcək. Azərbaycanda istehsal olunan ərzaqın xammalı xaricdən gəlir. Şəkər istehsal edirik onun çuğunduru, şirənin komponentləri xaricdən gəlir. Yəni, ölkədə istehsal olunan ərzaq məhsulları xammalla özünü tam təmin edə bilmir. Bu baxımdan, devalvasiya yerli istehsalın qiymətində də özünü göstərir. Hökumət qiymət şişirdilməsinin qarşısını inzibatı yollarla almaq istəyir.

"Düşünürəm ki, inzibatı yollarla bunu həll etmək olmaz. İnzibati yol effekt vermir. Burada daha çox iqtisadi alətlərdən istifadə edilməlidir. İdxal edilən məhsulların dövlət rüsumunu müvəqqəti olaraq dayandırmaq olar. Ən azı devalvasiyanı kompensasiya etmək üçün bir müddət üçün bu üsullara əl atmaq olar. Dövlətin əllərində bu cür imkanlar var. Eyni zamanda, dövlətin bazardakı qiymətlərə müdaxiləsi də qanunla qəbul edilə bilməz”. -deyə Ekspert bildirib.