Azərbaycanda hökumət əleyhinə aksiyalar davam edir
-
Azərbaycanda hökumət əleyhinə aksiyalar davam edir
Azərbaycan Respublikasında məhsul və ərzaq maddələrinin qiymətinin bahalaşmasına etiraz üzrə aksiyalar davam edir.
Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, ötən gün Qubada başlayan işsizlik və ərzaq qiymətinin bahalaşması əleyhinə etirazlar davam edir.
Məlumata görə, rezin güllələr və gözyaşardıcı qazlardan istifadə etməklə aksiyaları dağıtmağa çalışan Azərbaycan Respublikası polisinin səyinin nəticəsi yoxdur.
Məlumatlara görə, Siyəzəndəki etirazlara görə də rayonda sakinlərin həbsi davam edir və onların saxlanıldığı yer bəlli deyil.
Bu məlumata görə, Siyəzənin əlaqə yolları bağlanıb.
Azərbaycan Respublikası polisi və təhlükəsizlik qüvvələri Siyəzəndə yerləşdirilib və yalnız bu rayon sakinlərinin rayona giriş-çıxış icazəsi vardır.
Azərbaycan Respublikasında manatın devalvasiyası və əhalinin ehtiyacı olan məhsulların qiymətinin bahalaşması, bu ölkənin bəzi rayonları, o cümlədən Siyəzən, Ağsu, Füzuli və Lənkəranda sakinlərin etirazı ilə üzləşib. Bu aksiyalar hakimiyyət məmurlarının repressiyasına məruz qalıb.