Natiq Kərimov ittihamları qəbul etmir
-
Natiq Kərimov ittihamları qəbul etmir
Həbsdə olan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ozünə qarşı ittihamı qəbul etmir.
Bu haqda yanvarın 15-də onunla görüşmüş vəkili Əyyub Ələkbərov məlumat verib.
Vəkil Natiq Kərimovun səhhətində problem yaranmadığını, ehtiyac olduğu halda ona tibbi xidmət göstərildiyini bildirir.
Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham edilən Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.
Natiq Kərimov dekabrın 1-də Nardaranda keçirilən əməlliyyatdan sonra kənddəki vəziyyət haqda mediaya operativ məlumatlar ötürən yeganə qaynaq idi.
O, yanvarın 7-də həbs edilib.
O həmçinin Azərbaycanda, Ali-Səud rejiminin Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimr Baqir əl-Nimri edam etməsinə reaksiya verən və onu pisləyən ilk şəxs idi.