Azərbaycan Dəmir Yollları QSC-nın rəhbəri dəmiryolu layihəsinin təkmilləşməsi barədə açıqlama verib
-
Azərbaycan Dəmir Yollları QSC-nın rəhbəri dəmiryolu layihəsinin təkmilləşməsi barədə açıqlama verib
Azərbaycan Respublikası Dəmir Yolları QSC-nın rəhbəri Azərbaycan Respublikası və İran arasında qalan 8,5 km dəmiyrolunun 2016-cı ilin sonuna qədər sona çatdırılacağını bildirib.
Səhər Beynəlxalq Televiziyasının axar.az saytına istinadla verdiyi məlumata görə, Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib: Cari ilin sonuna qədər İran İslam Respublikası və Azərbaycan Respublikası arasında qalan 8,5 km dəmiryolu çəkiləcək.
Cavid Qurbanov əlavə edib6 Bu dəmiryolunun açılışından sonra Azərbaycan Respublikası və İran arasında məhsullar və yüklər bu vasitə ilə daşınacaq.
Qeyd edək ki, bu dəmiryolunun birləşdirilməsi ilə İrandan məhsullar Azərbaycan Respublikasına, Rusiya və Şərqi Avropaya tranzit olunacaq və tranzit xərci 30% və onun çatdırılma zamanı isə 40% azalacaq.