20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i204861-20_yanvar_şəhidlərinin_xatirəsi_bir_dəqiqəlik_sükutla_yad_edilib
Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 10:32 Asia/Baku
  • 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.