Azərbaycan prezidenti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i204876-azərbaycan_prezidenti_20_yanvar_faciəsinin_ildönümü_ilə_əlaqədar_Şəhidlər_xiyabanını_ziyarət_edib
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsi qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 11:49 Asia/Baku
  • Azərbaycan prezidenti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
    Azərbaycan prezidenti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsi qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb.

APA-nın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 26-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.