Azərbaycan Respublikası prezidenti 22 bəhmən münasibətilə İran prezidentini təbrik edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i207445-azərbaycan_respublikası_prezidenti_22_bəhmən_münasibətilə_İran_prezidentini_təbrik_edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran prezidentinə müraciət göndərərək, İslam İnqilabı qələbəsinin 37-ci ildönümünün gəlib çatması münasibətilə onu və İran xalqını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 06:04 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti 22 bəhmən münasibətilə İran prezidentini təbrik edib
    Azərbaycan Respublikası prezidenti 22 bəhmən münasibətilə İran prezidentini təbrik edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran prezidentinə müraciət göndərərək, İslam İnqilabı qələbəsinin 37-ci ildönümünün gəlib çatması münasibətilə onu və İran xalqını təbrik edib.

ISNA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidentinin İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə müraciətində deyilir: İki ölkənin qarşılıqlı etimadı və bir-birini himayəsinə əsasən, Tehran-Bakı əlaqələri inkişaf edib və ikitərəfli, regional və beynəlxalq miqyaslarda iki ölkənin maraqları çərçivəsində inkişaf edəcək.

Azərbaycan Respublikası prezidenti vurğulayıb ki, dostluq və qonşuluq tarixinə malik olan iki ölkə xalqlarının mənafeyi əlaqələrin genişlənməsinə söykənir.

Həmçinin İranın Bakıdakı səfiri Azərbaycan Respublikası prezidenti İlham Əliyevin fevralın sonlarında İran İslam Respublikasına səfər edəcəyindən xəbər verib.

IRNA-nın məlumatına görə, İranın Bakıdakı səfiri Möhsün Pak Ayin çərşənbə günü müxbirlərlə müsahibədə əlavə edib: İlham Əliyevin Tehrana səfəri İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə həyata keçəcək.

İranın Bakıdakı səfirinin sözlərinə görə, Azərbaycan Respublikası prezidentinin İran İslam Respublikasına səfəri gedişində iki ölkə arasında iqtisadi sahələrdə, xüsusən enerji sahəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq.