Bakıda xarici ölkələrin nümayəndələrinin iştirakı ilə İslam İnqilabı qələbəsinin ildönümü şənliyi
https://azeri.sahartv.ir/news/azərbaycan-i207475-bakıda_xarici_ölkələrin_nümayəndələrinin_iştirakı_ilə_İslam_İnqilabı_qələbəsinin_ildönümü_şənliyi
İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü xarici ölkələrin səfirləri, yüksək vəzifəli diplomatları, Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmiləri, Milli Məclis üzvləri, partiya və qurum başçıları, eləcə də ekspertlərin iştirakı ilə çərşənbə günü gecə Bakıda keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 07:54 Asia/Baku
  • Bakıda xarici ölkələrin nümayəndələrinin iştirakı ilə İslam İnqilabı qələbəsinin ildönümü şənliyi
    Bakıda xarici ölkələrin nümayəndələrinin iştirakı ilə İslam İnqilabı qələbəsinin ildönümü şənliyi

İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü xarici ölkələrin səfirləri, yüksək vəzifəli diplomatları, Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmiləri, Milli Məclis üzvləri, partiya və qurum başçıları, eləcə də ekspertlərin iştirakı ilə çərşənbə günü gecə Bakıda keçirilib.

Bu mərasimdə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev İran İslam İnqilabının qələbəsinin 37-ci ildönümü münasibətilə ölkəsinin dövləti və xalqının təbrikini İranın xalqı və rəsmilərinə çatdıraraq, iki tərəf arasında dini, mədəni və tarixi ortaqlıqlara əsasən, iki ölkənin yaxşı əlaqərlərini şərh edib və belə deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası dost, qardaş və qonşudur və biz İranla əlaqələrin genişlənməsini istəyirik.

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pak Ayin də bu mərasimdə çıxış edib. O, bu böyük günü təbrik edərək, deyib: İran xalqının inqilabı müasir tarixin ən xəlqi inqilabıdır ki, "İstiqlal, azadlıq və İslam Respublikası!" şüarı və Həzrət İmam Xomeyni(r.ə)-in sayıqcasına rəhbərliyi və istiqamətləndirməsi ilə zəfər çaldı və beynəlxalq sistemdə yeni bir fenomen kimi ilk İslam Respublikası quruluşunun əsasını qoydu.