Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda görüşü keçiriləcək
Mart 28, 2016 10:20 Asia/Baku
İran, Azərbaycan və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Elmar Məmmədyarov və Sergey Lavrovun Bakıda mümkün görüşü aprelin əvvəlinə nəzərdə tutulub.
APA-nın məlumatına görə, bunu TASS agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib.
Q. Karasin xarici işlər nazirlərinin göstərilən tarixdə görüşü üzərində işlənildiyini nəzərə çatdırıb.
Görüşdə strateji əhəmiyyət daşıyan məsələlər və region hadisələrinin müzakirəsi gözlənilir. Regionun güclu ölkələri olan İran və Rusiya regional və beynəlxalq ortaqlıqlarını rəsmi Bakı ilə də müzakirə edə bilərlər.