Apr 12, 2016 13:29 Asia/Baku
  • ​BMT: Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan qaçqın düşüb
    ​BMT: Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan qaçqın düşüb

Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar.

"Report" informasiya portalı xəbər verir ki, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən ali komissarın qaçqınlarla iş üzrə İdarəsinin (AKQİ) məlumatlarına istinadən bildirib.

"AKQİ məlumat verir ki, bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına sığınıblar", - deyə Düjarrik bildirib.

Qaçqınların bəzilərinin məlumatına görə, son 20 ildə zorakılıqdan qaçaraq bir neçə dəfə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.

İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni məcburi köçkünlərin humanitar ehtiyaclarının qarşılanmasında yardım təklif olunub.

Teqlər