Qabil Hüseynli: İran və Türkiyə Minsk Qrupunun tərkibində yer almalıdırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i214771-qabil_hüseynli_İran_və_türkiyə_minsk_qrupunun_tərkibində_yer_almalıdırlar
Azərbaycanlı politoloq Qarabağ münaqişəsinin həll edilməsi üçün İran və Türkiyənin də Minsk Qrupunda iştirak etmələrini vacib adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2016 09:19 Asia/Baku
  • Qabil Hüseynli: İran və Türkiyə Minsk Qrupunun tərkibində yer almalıdırlar
    Qabil Hüseynli: İran və Türkiyə Minsk Qrupunun tərkibində yer almalıdırlar

Azərbaycanlı politoloq Qarabağ münaqişəsinin həll edilməsi üçün İran və Türkiyənin də Minsk Qrupunda iştirak etmələrini vacib adlandırıb.

Qabil Hüseynli Səhər kanalının Bakıdakı müxbiri ilə müsahibədə deyib: Minsk Qrupunun hazırkı tərkibi bu qrupun münaqişənin həll edilməsi üçün ciddi iradəyə malik olmadığını göstərir. Həmçinin, Minsk Qrupunun hazırkı üzvləri ideoloji baxımdan işğalçı Ermənistanı himayə etdiklərini sübut ediblər.

Q.Hüseynli əlavə edib: İslam ölkələrinin də bu qrupun tərkibində yer alması lazımdır. Yalnız o zaman münaqişənin bitərəf şəkildə həllinə səy göstərmək olar.